Müğənni Zamiq Hüseynovun toydan aldığı qonorardan bəhs edib.
"Unikal" xəbər verir ki, bu haqda "Zarafat bir yana" verilişində bəhs edən ifaçıya 10 min qonorar aldığı haqda sual ünvanlanıb. Zamiq isə cavabında musiqi alətlərinin baha olduğunu söyləyib. O qeyd edib ki, apardığı toyun dəyəri 40-50 min manatdır:
"İndi özümü durub necə tərifləyim? Siz mən idarə edən toyda olmusunuz? Gərək olasınız ki, fərqi görəsiniz. 2 min manatla 10 min manatın fərqi varsa, tərifləməlisiniz. Siz əgər mənim apardığım toyda iştirak etsəniz deyərsiniz ki, sizin üçün 10 min manat azdır. Ən azı deyəcəksiniz ki, 40-50 min manat al. Çünki verilən o məhsulun keyfiyyətini görəndən sonra deyəcəksiniz ki, 10 min manat azdır. Başa düşmürəm sizi mənim aldığım 10 min manat qonorarın içində olan 8 min manat narahat edir, yoxsa mənim orada göstərdiyim performans? 7 min manat mənim tək musiqi heyətimin qonorarıdır. Özümə təkcə oradan 3 min manat qalır. Bizim musiqi aparatımızın qiyməti çox bahadır. Təsəvvür edin də mən nə demək istədim".