Rusiyanın planı Ermənistanı Azərbaycanla genişmiqyaslı müharibəyə sürükləmək idi. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, müharibədən sonda Rusiya sülhməramlılarının bölgəyə yerləşdirilməsi hər iki ölkənin əleyhinə olub: "Məqsəd sülhməramlı ifadəsi ilə o qədər də xoş olmayan niyyətlə gəlib regionda növbəti sülhü bərqərar etmək və hər iki ölkəni tora salmaq idi. 

Bizim əmrimizlə ordu Ermənistanın sərhədlərini qoruyur. Biz öz səylərimizlə sərhədlərimizi qorumaq üçün müxtəlif ölkələrdən silah gətiririk".

Ağarza Elçinoğlu