Bu ilin fevralı futbol üzrə İngiltərə Premyer Liqası tarixində ən məhsuldar ay olub.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bu ay ölkə çempionatında keçirilən 42 matçda ümumilikdə 158 qol vurulub.
Bu da hər oyuna orta hesabla 3,8 qol göstəricisi deməkdir. Bununla da Premyer Liqada məhsuldarlıq rekordu qeydə alınıb.
Qeyd edək ki, hazırda İngiltərə Premyer Liqasına 60 xalla “Liverpul” başçılıq edir. Rəqibindən bir xal geri qalan “Mançester Siti” 2-ci, 58 xalı olan “Arsenal” isə üçüncü pillədə qərarlaşıb.