Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, xüsusi hərbi əməliyyatın bütün dövrü ərzində (24.02.2022 - davam edir) Ukrayna Silahlı Qüvvələrinin itkiləri 444 mindən çox hərbçi təşkil edib.

"Unikal" xəbər verir ki, nazir bunu Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında deyib.

"Ümumilikdə, xüsusi hərbi əməliyyat zamanı Ukrayna Ordusu 444 mindən çox hərbçi itirdi", - Şoyqu bildirib.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin ikinci ildönümündə 31 min hərbçi itirdiyini açıqlamışdı.

Gülayə Mecid