Beynəlxalq hüquq baxımından Qarabağ Azərbaycanın ərazisində yerləşir.

"Unikal" xəbər verir ki, bu barədə Bundestaqın hüquq komitəsinin rəhbəri Elizabet Vinkelmeyer Almaniyanın Ermənistandakı səfirliyində mətbuat konfransı zamanı deyib. 

Onun sözlərinə görə, Qarabağdakı müharibə heç bir halda Rusiyanın Ukraynanın suveren ərazisində başlatdığı müharibə ilə müqayisə oluna bilməz: "Bu, xarici siyasət məsələsidir və mənim cavab vermək səlahiyyətim yoxdur. Ukraynalılara gəlincə, onlar Almaniyada qaçqındırlar və biz onlara sübut bazasını dəqiqləşdirməyə və mümkün sınaqlar üçün alətlərlə dəstəkləməyə kömək edirik. Ukrayna bizim qonşu ölkələrdən biridir və birbaşa yardım göstərmək üçün daha geniş imkanlar var". 

Ağarza Elçinoğlu