Yunanıstan Qafqazda baş verən hadisələri diqqətlə izləyir.

"Unikal" xəbər verir ki, bunu Yunanıstan prezidenti Katerina Sakellaropulu Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı deyib. 

"Yunanıstan birmənalı şəkildə güc tətbiqini pisləyir və Ermənistan və Azərbaycan arasında həmrəylik, davamlı sülh yaratmaq məqsədi daşıyan və mehriban qonşuluq və münasibətlərin yaradılmasına töhfə verəcək danışıqlar prosesini dəstəkləyir", - deyə prezident qeyd edib.

Görüş zamanı həmsöhbətlər Ermənistan-Yunanıstan əməkdaşlığı, Cənubi Qafqazda baş verən proseslər, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Ağarza Elçinoğlu