Fransa peyk məlumatlarını Ermənistana ötürəcək. 

"Unikal" xəbər verir ki, bu barədə Fransanın bəzi kütləvi informasiya vasitələri yazır.

Qeyd olunur ki, Ermənistanın baş nazirinin Parisə səfərinin sonunda Fransa Kəşfiyyat Xidməti ilə Ermənistan Milli Təhlükəsizlik Xidməti arasında dörd ölkədə Azərbaycan, İran, Rusiya və Türkiyə ilə bağlı kəşfiyyat məlumatlarının mübadiləsinə dair razılıq əldə olunub.

Bundan əlavə, Paris Ermənistanın sərhədləri boyunca hərbi-siyasi vəziyyətlə bağlı məlumatları özündə əks etdirən peyk məlumatlarını İrəvana ötürəcək.

Ağarza Elçinoğlu