Rusiyanın Utair aviaşirkətinə məxsus təyyarənin avtopilotu havada sıradan çıxıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mediası məlumat verib.
Bildirilir ki, Bakıdan Sankt-Peterburqa uçan sərnişin təyyarəsində nasazlıq baş versə də, pilot təyinat nöqtəsinə çatıb.
Nəticədə təyyarə hava limanına təhlükəsiz eniş edib. Təyyarədə olan sərnişinlərdən heç biri xəsarət almayıb.