Mahnıları, geyim seçimləri və cəsur rəqsləri ilə tez-tez adından söz etdirən Hadisə bu dəfə özəl həyatı ilə diqqət çəkib.
"Unikal" xəbər verir ki, Mehmet Dinçerlərdən boşandıqdan sonra adı dəfələrlə eşq dedi-qodularına qarışan Hadisə məşhur iş adamı Yalçın Ayaydının 28 yaşlı oğlu Mert Ayaydınla görüntülənib.
Məlumata görə, 38 yaşlı məşhur sənətçi Mert Ayaydın ilə Etilerdəki bir məkanda rəqs edərkən yaxalanıb. İkilinin rəqs edərkən ətrafdakılara fikir verməməsi diqqət çəkib.
Qeyd edək ki, Mert “Ayaydın” şirkətinin varisidir.