"Ermənistan Azərbaycanın bir sıra çaylarını zəhərləyir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə deputat Asim Mollazadə deyib.
"Ümid edirəm ki, Bakıda keçiriləcək COP29-da bu məsələ xüsusi müzakirə mövzusu olacaq", - deputat bildirib.
Deputat qeyd edib ki, tək Ermənistan deyil, Azərbaycanın müttəfiqi olan Gürcüstanın Kür çayına buraxdığı tullantılar ciddi araşdırılmalıdır.
Anar Kəlbiyev