“Suyun istifadəsi ilə əlaqədar qanunvericiliyə müəyyən dəyişikliklər edilməlidir”.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə deputat Fəzail Ağamalı deyib.

“Biz bu gün müşahidə edirik ki, vətəndaşlar sudan səmərəli istifadə etmir. Belə ki, insanlar su krantlarını açıq qoyurlar. Buna görə də bu sahədə maarifləndirmə işləri gücləndirilməlidir. Maarifləndirmə işlərinə məhəl qoymayan vətəndaşlar isə qanunvericiliyə uyğun olaraq cəzalandırılmalıdır. Ona görə də Cinayət və İnzibati Xətalar Məcəlləsinə xüsusi maddələr əlavə edilməlidir”,- deyə deputat qeyd edib.

Anar Kəlbiyev