Dünya şöhrətli britaniyalı müğənni Adel səhhətindəki problemlərə görə səhnədən getdiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, o, bu barədə İnstaqram hesabında məlumat yayıb.
Sənətçi konsertlərini müvəqqəti dayandırdığını açıqlayıb:
"İndi yenə xəstəyəm və təəssüf ki, hamısı səsimə təsir etdi. Həkimlərin göstərişinə görə, yaxşı dincəlməkdən başqa çarəm yoxdur", - deyə o, bildirib.