"Azərbaycanda vətəndaşların 10 nəfərdən azı 4-5-i su filtirlərindən istifadə edir. Tələbatın çox olmasını nəzərə alaraq bazarda istənilən qiymətə su filtiri satışa çıxarılıb. Bu su filtirləri nə dərəcədə standarta cavab verir?"

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə deputat Naqif Həmzəyev deyib. O bildirib ki, yaranmış bir çox xəstəliklərin səbəbi su ilə bağlıdır:

"Həmçinin su filtirlərinə aldanaraq təmiz su qəbul edirik deyirik, amma nəticədə təmiz su içmirik", - deyə deputat bildirib.

Anar Kəlbiyev