Məşhur rusiyalı biznesmen və prodüser Pyotr Qavrilov mədəkiçiltmə əməliyyatından sonra dünyasını dəyişib.
"Unikal" rus mətbuatına istinadən xəbər verir ki, əməliyyat 2024-cü il fevralın 17-də baş tutub.
Bildirilir ki, əməliyyatdan sonra Qavrilov evə buraxılıb. Lakin 3 gün sonra qəfil özünü pis hiss edib. Fevralın 20-də döş qəfəsində və qarın nahiyəsində ağrılar, nəfəs darlığı şikayətləri ilə təcili yardım çağırıb.
O, xəstəxanaya yerləşdirməkdən də imtina edib. Pyotr Qavrilov komaya düşüb və dünyasını dəyişib.
İlkin məlumata görə, onun ölümünə qan zəhərlənməsi səbəb olub.
Qeyd edək ki, Qavrilov ötən il evlənib. O, ata olmağa hazırlaşırdı.
Gülayə Mecid