"Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması layihələri ilə bağlı 14 xarici özəl şirkət fəaliyyətə cəlb edilib".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə  Agentliyin sədri Zaur Mikayılov deyib.

“Prezidentin müvafiq sərəncamından sonra bu barədə texniki əsasnamə hazırlandı. 10 gün əvvəl elan verildi. Artıq həmin xarici şirkətlər duzsuzlaşma prosesində iştirak etmək üçün müraciət edib və fəaliyyətə başlayıb”, -deyə Z.Mikayılov əlavə edib.

Anar Kəlbiyev