Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2023/2024-cü tədris ilinin yaz semestrinin əvvəlində Elm və innovasiya və Tədris metodiki şöbənin əməkdaşları tərəfindən təşkil olunan “Elmi-dqiqat işinin planlaşdırılması və təşkili”, həmçinin “Tədris işinin planlaşdırılması və təşkili” mövzularına həsr edilən silsilə  təlimlərə yekun vurulub. 

"Unikal" xəbər verir ki, təlimlərin keçirilməsində başlıca  məqsəd Universitetdə elmi-tədqiqat və tədris işinin təşkili prosesində əməkdaşların bilik, bacarıq və səriştələrinin artırılması və müvafiq sahələr çərçivəsində keyfiyyət dinamikasının yüksəldilməsinə nail olunmasıdır. 

“Elmi-dqiqat işinin planlaşdırılması və təşkili”, həmçinin “Tədris işinin planlaşdırılması və təşkili” mövzularına həsr edilən təlimlərin sonunda təlimçilər, habelə tam kursu uğurla başa vuran iştirakçılar sertifikatlarla təltif olundular.