Yaponiyanın Tokio Universitetinin alimləri siçanlar üzərində yeni bir araşdırma aparıblar. 

"Unikal" xəbər verir ki, araşdırmanın nəticələri “Science” jurnalında dərc olunub.

Məlumata görə, piylənmə siçanlarda qaraciyər metabolizmini əhəmiyyətli dərəcədə dəyişir.  Belə ki, piylənmənin qaraciyərə mənfi təsirini daha yaxşı başa düşmək üçün tədqiqatçılar qidalanma və aclıq dövrlərindən sonra normal və kök siçanların qaraciyərlərini müqayisə ediblər. Yemək yeyəndə qaraciyər enerji saxlayır, sonra lazım olduqda sərbəst buraxır. Bu sistem metabolik homeostaz kimi tanınır. Bununla belə, nəticələr göstərir ki, piylənmə yalnız qaraciyərin fəaliyyətinə təsir etmir, həm də bütün bədəndə metabolik sistemi dəyişir.

Zərifə Nağıyeva