Özbəkistanlı müğənni Nərgiz Zakirova vətənindən imtina edib.
"Unikal" xəbər verir ki, müğənni bu barədə "Instagram"da paylaşım edib.
Şəbəkə istifadəçilərindən biri ondan Özbəkistanın onu öz sərhədlərindən qovub-qovmadığını soruşub. Sənətçi buna cavab olaraqm Özbəkistandan imtina etdiyini açıqlayıb və dövləti “etibarsız” adlandırıb.