Azərbaycanda 15 yaşlı qıza fiziki zorakılıq edilib.
"Unikal"ın oxu.az-a istinadən məlumatına görə, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev bildirib ki, Suraxanı RPİ nin 31-ci Polis Bölməsində təhqiqat araşdırması aparılır.
Yetkinlik yaşına çatmayan şəxs sığınacağa yerləşdirilib.
Xəsarətlərın dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.
Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
*** 17:16
Azərbaycanda 15 yaşlı qıza fiziki zorakılıq edilib.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə "Facebook" hesabında paylaşıb.
O qeyd edib ki, həmin qız erkən nikahın qurbanı olub.