"Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ( KTMT ) ilə de-fakto münasibətlərini dondurub , lakin təşkilatda vəziyyət müsbətə doğru dəyişməsə, İrəvan bunu de-yure edə bilər".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"İndi biz onu faktiki olaraq dondurmuşuq, lakin proses davam edərsə, de-yure donduracağıq", - Paşinyan parlamentdə hökumət saatı zamanı deyib.

Paşinyanın sözlərinə görə, KTMT guya Ermənistanın milli təhlükəsizliyinə təhdid yaradır. Ermənistanın baş naziri onu da bildirib ki, İrəvan KTMT-də qərarların qəbuluna mane olmasa da, təşkilatın yüksək səviyyədə fəaliyyətində iştirak etmir.

Buna baxmayaraq, təşkilatın katibliyi qeyd edib ki, İrəvandan KTMT-yə üzvlüyün dayandırılması ilə bağlı heç bir açıqlama almayıblar.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurmaqla nə demək istədiyini açıqlayıb .