Xaçmaz rayonu ərazisində daşıyıcı qaz xəttində baş verən güclü sızma nəticəsində yeddi kənddə 3 min 500 abonentin təbii qazla təminatında məhdudiyyət yaranıb.

"Unikal" xəbər verir ki, fevralın 28-i günün ikinci yarısında 315 millimetrlik daşıyıcı qaz xəttində güclü sızmanın olduğu aşkarlanıb. Bununla əlaqədar xətdə təbii qazın verilməsi məhdudlaşdırılıb və təmir işlərinə başlanılıb. Təmir işləri ilə əlaqədar Xaçmazın yeddi kəndinə və rayon mərkəzinin bəzi yaşayış massivlərinə qazın verilməsi dayandırılıb.

Xaçmaz Regional Qaz İstismarı İdarəsinin əməkdaşları iki saat ərzində daşıyıcı xətdə baş verən sızmanı aradan qaldırıblar. Bundan sonra xətdə təbii qazın verilməsi bərpa olunub.