Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell səhhətində yaranan problemlərə görə Avropa Parlamentinin son iclasında iştirak etməyib.
"Unikal"
xəbər verir ki, Aİ diplomatiyasının rəhbəri bu barədə özünün X sosial şəbəkə səhifəsində yazıb.

“Təəssüf ki, səhhətimdəki kiçik problemə görə bu həftə Avropa Parlamentində müzakirələri təxirə salmalı oldum.
Həkimlər mənə planlaşdırılan tədbirləri bir neçə gün təxirə salmağı məsləhət gördülər.
Yaxın günlərdə iş qrafikimi bərpa etməyi səbirsizliklə gözləyirəm”, - Borel bildirib