Masallı rayonunda 12 yaşlı qız özündən yaşca böyük şəxsə ərə verilib.

"Unikal" "Xəzər TV"yə istinadən xəbər verir ki, onların görüntüsünü aparıcı Lalə Azərtaş "Təsir dairəsi" verilişində yayımlayıb. 

Lalə Azərtaş həmin şəxslərin görüntüsünü təqdim edərək “Video oğlanın həyətində çəkilib. Gülü dərib qıza verir. Elə bil bir ata gülü qızına verir. Adətən çəkiliş edib sonra yayımlayıram. Amma bu dəfə əlimdə video və fotolar var deyə yayımlayıram” deyib.