Avropanın 32 media şirkəti Google-u iki milyard avro məhkəməyə verib.
"Unikal"
xəbər verir ki, onlar Amerika korporasiyasından qeyd olunan məbləğdə təzminat tələb edirlər.

Politico-ya görə, iddia Google-un rəqəmsal reklam siyasətinə aiddir. Nəşr iddiaçıların bəyanatından bir parça sitat gətirir: "Əgər korporasiya hakim mövqeyindən sui-istifadə etməsəydi, media şirkətləri əhəmiyyətli dərəcədə daha çox reklam gəliri əldə edə və reklam xidmətləri üçün daha az pul ödəyə bilərdilər".

Avropanın 17 ölkəsindən Axel Springer, Schibsted, DPG Media və digər şirkətlər Hollandiyada məhkəməyə müraciət ediblər.

Avropa Komissiyası 2023-cü ilin iyununda Google-u reklam biznesində antiinhisar qanunlarına əməl etməməkdə ittiham edib. AK son illərdə ABŞ-ın aparıcı korporasiyalarına, o cümlədən Microsoft, Google və Amazona Aİ-nin rəqəmsal rəqabət qaydalarını pozduğuna görə çox milyard dollarlıq cərimələr tətbiq edib.