Sinqapurda 2019-cu ildən bəri ilk ölüm hökmü icra edilib.

"Unikal" xəbər verir ki, hotel otağında keçmiş nişanlısını boğaraq öldürən 35 yaşlı Banqladeş vətəndaşı Əhməd Səlim bu gün edam edilib.

Sinqapur Polis Gücündən (SPF) verilən açıqlamada 2018-ci ildə keçmiş nişanlısını boğaraq öldürən və daha sonra məhkəmə tərəfindən edam cəzasına məhkum edilən Səlimin bu gün asılaraq edam edildiyi bildirilib.

Gülayə Mecid