Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti İdarəsində şöbə rəisi təyinatı olub.

"Unikal" xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xidmətin inspektoru, polis mayoru Anar Qafarov Mətbuat xidmətinin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib.