Ukraynanın ərazi bütövlüyünü müdafiə edərkən həlak olan azərbaycanlı Səid Hüseynov ölümündən sonra "Obolon Legionu" ordeni ilə təltif edilib. 

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyindən bildirilib. 

Səid Hüseynovun fərqlənmə nişanı Ukraynadan Azərbaycana gətirilərək Ukraynanın Azərbaycandakı səfirliyində yaxınlarına təqdim edilib.