İrəvanla Bakı arasında sülh Aİ missiyasını Ermənistandan çıxarmağa imkan verəcək.

"Unikal" xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar Antalyada Diplomatik Forumda təşkil olunan panel müzakirəsi zamanı bildirib.

"Ermənistan və Azərbaycan arasında sülh və sabitlik o demək olacaq ki, nəhayət, biz Cənubi Qafqazın hər üç ölkəsi ilə yalnız müsbət əməkdaşlıq gündəliyinə diqqət yetirə bilərik. Biz həmçinin nəhayət ki, Aİ-nin sülhə olan inamını və öhdəliyini təmin etmək üçün yerləşdirilən Aİ-nin Ermənistandan silahsız mülki missiyasını geri çəkə biləcəyik", - deyə diplomat vurğulayıb.

Ağarza Elçinoğlu