Hindistanın ən zəngin adamı Mukeş Ambani 28 yaşlı oğlu üçün dünyanın ən bahalı toyunu təşkil etmək üçün hərəkətə keçib.
"Unikal" xəbər verir ki, dünya şöhrətli müğənni Rihanna Ambaninin oğlunun toyundan əvvəl təşkil etdiyi məclisində səhnəyə çıxıb.
Səhnə üçün 10 milyon dollar alan Rihanna yaşıl libası ilə gündəm yaradıb. "Yıldız Tilbenin arxasınca getdi" kimi şərh edilib.
Rihannanın üslubunu rəngarəng şəxsiyyəti ilə tanınan türkiyəli müğənni Yıldız Tilbe ilə müqayisə edən istifadəçilər "Rihanna deməliyik, yoxsa əsl adını Yıldız Tilbe deyərdiniz?", - deyə şərhlər yazıblar.
Məlumata görə, milyonlarla dolların xərclənəcəyi toyun qonaq siyahısında yer alan hindli milyarderlər və Bollivud məşhurları, Bill Qeyts, Mark Zukerberq və İvanka Tramp da iştirak edəcək.