Qərb ölkələri Rusiya ilə dinc dialoqu bərpa etməli və qlobal təhlükəsizlik məsələsi nəzarətdən çıxana qədər vəziyyəti gərginləşdirməməlidir.

"Unikal" xəbər verir ki, bunu ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Davis deyib. 

O xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin dəfələrlə ölkənin təhlükəsizliyini təhdid edənlərin nəticələri barədə xəbərdarlıq edib, lakin ABŞ-də onun səsi eşidilməyib.

“Ancaq biz müharibənin qarşısını almaq üçün hər şeyi etməyə davam edirik... Yeganə rasional həll yolu sülhə can atmaq olardı”, - amerikalı zabit ifadə edib.