İsfahanda İranın Müdafiə Nazirliyinə məxsus emalatxana kompleksini partlatmağı planlaşdıran İsrailin "Mossad" kəşfiyyat agentliyinin terrorçusu edam edilib.

"Unikal" xəbər verir ki, "Tasnim"in məlumatına görə, edam edilən şəxs bu ilin əvvəlində - yanvarın 28-də "Mossad" kəşfiyyatının göstərişi ilə İsfahanda Müdafiə Nazirliyinin obyektinə bombalı hücum planlaşdırıb. 

Həmçinin, bu ilin əvvəlində İran İsrailin "Mossad" agentliyinə bağlı terror qruplaşmasının dörd üzvünün İsfahanda Müdafiə Nazirliyinin obyektinə terror aktı hazırlamaqda təqsirli bilindikdən sonra edam edildiyini elan edib.