İsrailin müdafiə naziri Benni Qants ABŞ-yə gedib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Qantsın bu gün ABŞ-nin vitse-prezidenti Kamala Harris, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və Ağ Evin Yaxın Şərq üzrə müşaviri Brett Makqurk ilə görüşü planlaşdırılır.

Onun çərşənbə axşamı ABŞ dövlət katibi Entoni Blinkenlə də görüşü nəzərdə tutulub. Vaşinqtona səfərindən sonra Qants Londona uçmağı və xarici işlər naziri Devid Kemeron və digər rəsmilərlə görüşməyi planlaşdırır.