Haitidə fövqəladə vəziyyət elan edilib.

"Unikal" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Qeyd olunub ki, ötən həftəsonu baş vermiş hadisələr və getdikcə artan gərginlik fonunda, həbsxanalardan qaçan şəxslərin tapılması, kütləvi iğtişaşların təşkilatçılarını həbs etmək üçün 72 saat müddətinə fövqəladə vəziyyət elan olunub.

***09:02

Haitidə dəstələrin həbsxanaya silahlı hücumu nəticəsində yüzlərlə məhbus qaçıb və həyatını itirib.

"Unikal" xəbər verir ki, paytaxt Port-au-Prinsdəki Croix des Bouquets həbsxanasına basqın edən silahlı dəstələr təhlükəsizlik qüvvələri ilə toqquşub. Münaqişə zamanı 3600 məhbus həbsxanadan qaçıb, 12 nəfər həyatını itirib.

Haiti hökumətindən verilən açıqlamada səhər saatlarında cinayətkar təşkilatların həbsxanaya hücum etdiyi və polisin müqaviməti nəticəsində silahlı şəxslərin ərazidən qaçdığı bildirilib.

Zərifə Nağıyeva