Türkiyənin Osmaniye şəhərində eyni vaxtda keçirilən “Mahzen-3” əməliyyatlarında Murat Özdemir və Cengiz Arslanın başçılıq etdiyi iki ayrı mütəşəkkil cinayət qrupu məhv edilib. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb. 

Onun sözlərinə görə, keçirilən əməliyyat tədbirləri zamanı mütəşəkkil cinayətkar dəstənin üzvləri, o cümlədən qruplaşma başçıları olan 55 şübhəli  saxlanılıb.

Gülayə Mecid