Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) Rusiyanın Samara vilayətində Çapaevka  çayı üzərindəki dəmir yolu körpüsünün partladılmasına görə məsuliyyəti öz üzərinə götürüb. 

"Unikal" xəbər verir ki, bu barədə “RBC Ukraine” nəşri yazır.

Ukrayna kəşfiyyatının məlumatına görə, təxribat martın 4-də səhər saat 06:00 radələrində həyata keçirilib və körpünün üzərindən hərbi yüklərin daşındığı iddia edildiyi üçün hədəf seçilib. 

***

10:18

Rusiyanın Samara vilayətində dəmiryolu körpüsündə partlayış baş verib.

"Unikal" xəbər verir ki, bu  barədə "BAZA" teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, naməlum şəxslər bu gün səhər saatlarında dəmiryolunin Zvezda-Çapayevsk hissəsində körpünün dayaqlarını partlatmağa cəhd ediblər. Nəticədə körpünün metal konstruksiyaları zədələnsə də, dayaqlar ziyan görməyib.

Moskvadan hərəkət edən qatarların hərəkəti dayandırılıb.

Gülayə Mecid