ABŞ-nin keçmiş prezidenti Donald Tramp mitinqdə son altı ayda üçüncü dəfə kobud səhvə yol verib.

"Unikal" xəbər verir ki, Tramp ABŞ prezidenti Co Baydenlə keçmiş prezident Barak Obamanı səhv salıb.

Belə ki, bu dəfəki çıxışında, o, "Putinin Obamaya o qədər hörməti yoxdur ki, o, nüvə sözünü ortaya atmağa başlayır. Düz eşitdiniz. Nüvə. Bu gün o, tərəddüd etmədən nüvə silahı haqqında danışmağa başlayır”, - deyə qeyd edib.

Zərifə Nağıyeva