Dominikan Respublikasında polis gömrükdən kokainlə dolu iki çamadanı keçirtmək istəyən şəxsi saxlayıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, saxlanılan 32 yaşlı britaniyalı turist  hadisədən məlumatsız olduğunu bildirib. 

Axtarış zamanı polis içərisində kokain olan 36 bağlama aşkar edilib və maddə ekspertizaya göndərilib. Turist həbs edilib, hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsin külli miqdarda narkotik vasitəni haradan aldığını müəyyənləşdirirlər.

Gülayə Mecid