Sovet İttifaqının keçmiş lideri İosif Stalinin nəvəsi rəssam Səlim Bensaad xarici işlər naziri Sergey Lavrova açıq məktub ünvanlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Sovet liderinin ölüm günü ərəfəsində göndərilən məktubda BMT-nin buraxılmasının zəruriliyini bəyan edilib. 

Stalinin nəvəsinin sözlərinə görə, BMT xalqların və ayrı-ayrı xalqların soyqırımının qarşısının alınması məsələlərinin həllində səriştəsizliyini sübut edib. Bensaad əlavə edib ki, təşkilat Donbassda rusların məhvinə imkan verir, həmçinin Qəzza zolağında ikili standartlar siyasəti yürüdür.

Ağarza Elçinoğlu