Ermənistanda silahla xuliqanlıq edən general-leytenant Tiqran Xaçatryan azadlığa buraxılacaq.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Bildirilib ki, məhkəmə Xaçatryanın həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə qərar qəbul edib. Ona 5 milyon dram məbləğində girov tətbiq edilib. General girov pulunu ödədikdən sonra həbsdən çıxacaq.
Qeyd edək ki, İrəvanın Baş Cinayət Məhkəməsi yanvar ayının 15-də Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin sabiq müavini Tiqran Xaçatryanı həbs etmişdi.
Ağarza Elçinoğlu