Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin fevralın əvvəlindən bəri ümumilikdə 15 Rusiya hərbi təyyarəsini vurduğunu etiraf edib.
"Unikal" xəbər verir ki, o, bu barədə yerli KİV-ə açıqlamasında deyib.
"Təkcə bu həftə biz 7 Rusiya hərbi təyyarəsini vura bildik", - deyə Zelenski bildirib
Ukrayna lideri bəyan edib ki, nə qədər çox imkanlara malik olsalar, Rusiyanın nəzarətində olan bölgələrdə logistikanı məhv etməklə bir o qədər çox insan həyatını xilas edəcəklər.
Gülayə Mecid