İsrail ordusunun bir çox yüksək vəzifəli şəxsləri, o cümlədən Qəzzada müharibə başlayandan bəri təbliğat müharibəsinin siması olan ordu sözçüsü Daniel Haqari istefa verib.

"Unikal"  xəbər verir ki, bu barədə İsrailin "Kanal 14"  telekanalı məlumat yayıb. 

Məlumata görə,  istefaların orduda artan fikir ayrılıqlarının əksi olduğunu bildirib. Belə ki, Haqari və ona yaxın bir çox hərbi məmur ordunun qərarlarından narazı olduqları üçün vəzifəsini tərk etmək qərarına gəliblər.

İstefa verən əsgərlər arasında ordunun beynəlxalq sözçüsü Riçard Hecht də var. "Kanal 14" neçə nəfərin istefa verdiyinin dəqiq olmadığını və bu vəziyyətin "qeyri-adi" olduğunu açıqlayıb.

Gülayə Mecid