Hazırda Rusiya prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla öz qrafiki üzrə heç bir danışıqları yoxdur.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov martın 4-də keçirdiyi brifinqdə bildirib.
Bununla belə, o əlavə edib ki, liderlər arasında telefon danışıqları təşkil edilə bilər.