Futbol üzrə Türkiyə Superliqasında XXVIII tura yekun vurulub.
"Unikal" xəbər verir ki, son oyun günündə üç matç baş tutub. "Trabzonspor" səfərdə gözlənilmədən "Alanyaspor"a 1:3 hesabı ilə məğlub olub.
Günün digər oyunlarında "Adana Dəmirspor" "Fatih Karagümrük"ə, "Antalyaspor" isə "Qaziantep"ə 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, turnir cədvəlinə 75 xalla "Qalatasaray" başçılıq edir. "Fənərbağça" 73 xalla 2-ci, 46 xalı olan "Trabzonspor" və "Beşiktaş" komandaları isə üçüncü və dördüncü yerləri bölüşürlər.