Argentinada hökumət xərcləri azaltmaq üçün 1945-ci ildə qurulan Argentina Milli Xəbər Agentliyi olan "Telam"ı bağlamaq qərarına gəlib.

"Unikal" xəbər verir ki, bu barədə Argentin prezident Xavyer Miley qərar qəbul edib. 

Qərardan sonra "Telam" əməkdaşları qərargah binası qarşısına toplaşaraq hökumətə etiraz ediblər. Prezidentin sözçüsü Manuel Adorni keçirdiyi mətbuat konfransında, "Bu qərarın qəbulunda plüralist mediaya və ya mətbuat azadlığına zərbə vurulduğuna dair iddialar əsassızdır. Əlavə ediləcək bir şey yoxdur, bu, prezidentin qərarlarıbdan biri idi. Milinin seçki kampaniyasında verdiyi vədlər və onun həyata keçirilməsi ilə bağlı göstəriş verilib", - deyib. 

"Telam"ın 24 milyon dollar itirdiyini bildirən Adorni, işçilərlə bağlı texniki məsələlərin təhlil edildiyini qeyd edib. 

1945-ci ildə qurulan dövlətə məxsus "Telam" şirkətinin 700 işçisi olduğu bildirilir.