Belarus prezidenti Aleksandr Lukaşenko dövlət orqanlarını sülh dövründəki işdən müharibə dövrünə keçirilməsi prosedurunu təkmilləşdirən fərman imzalayıb.

"Unikal" xəbər verir ki, bu barədə Belarus dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

"Müharibə şəraitində dövlət orqanlarının və digər təşkilatların işə götürülməsi haqqında” fərman hərbi-siyasi şəraitdə baş verən dəyişikliklər nəzərə alınmaqla dövlət orqanlarının və digər təşkilatların dinc iş şəraitindən müharibə vəziyyətinə keçirilməsi, milli təhlükəsizliyə təhlükə yarandıqda onların sistemli və səmərəli qarşılıqlı fəaliyyətinin təmin edilməsi prosedurunu təkmilləşdirir.

Ağarza Elçinoğlu