Britaniya kral ailəsindəki vəzifələrini fasilə verənlərə bir yenisi əlavə olunub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Kral Çarlzın həyat yoldaşı Kraliça Kamillanın krallıq vəzifələrinə fasilə verdiyi bildirilib

Bukingem Sarayından verilən açıqlamaya görə, Kraliça martın 11-dək heç bir mərasimdə iştirak etməyəcək. 76 yaşlı Kamillanın həyat yoldaşı Çarlzın müalicəsi zamanı ona dəstək olmaq üçün işindən uzaq qalacağı düşünülür. 

Xatırladaq ki, xoşxassəli prostat böyüməsi səbəbiylə müalicə alan 75 yaşlı Kral Çarlz bütün krallıq vəzifələrini təxirə salıb. Bundan sonra Uels şahzadəsi Keyt Middleton da qarın nahiyəsindən keçirdiyi əməliyyat səbəbiylə bir müddət vəzifəsinə fasilə vermişdi.

Zərifə Nağıyeva