"Yaxın vaxtlarda Xartum şəhərinin üsyançılardan azad edilməsi üçün xüsusi əməliyyat başlayacaq".

"Unikal" xəbər verir ki, bu barədə Sudanın xarici işlər naziri Əli Sadiq Antalyada keçirilən diplomatik forumda bildirib. 

“Azadlıq yaxındır. Peyk şəhəri Omdurman demək olar ki, üsyançılardan azaddır. Ümid edirik ki, şəhərin qalan hissələrini onlardan azad edə bilərik - onlar indi bir neçə bloka nəzarət edirlər. Hərbçilər yaxın vaxtlarda bu ərazilərdə onlarla məşğul olacaq”, - Əli qeyd edib.