Misir Ərəb Respublikasına rəsmi səfərə gedən Nikol Paşinyan Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan açıqlayıb.
"İki ölkə liderləri arasında təkbətək söhbət olub, daha sonra geniş müzakirələr aparılıb", - deyə qeyd olunub.
Tərəflər həmçinin Cənubi Qafqazdakı vəziyyəti də müzakirə ediblər. Əbdülfəttah əs-Sisi regionda hərtərəfli və ədalətli sülhün əldə olunmasına ümid etdiyini bildirib.
***09:54
Ermə nistanın baş naziri Nikol Paşinyan Misir Ərəb Respublikasına iki günlük rəsmi səfərə gedib.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV-ə baş nazirlikdən bildirilib.
Səfər çərçivəsində Paşinyan Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə təkbətək söhbət edəcək, daha sonra görüş geniş tərkibdə davam edəcək.
Ağarza Elçinoğlu