Türkiyənin Samsun şəhərinin Havza rayonunda yol qəzası baş verib. 

"Unikal" xəbər verir ki, qəzanı törədən sürücü hadisə yerindən qaçmağa çalışıb. 

Polis əməkdaşı Orhan Mutlu şübhəlini saxlamağa çalışarkən avtomobil onu vurub. Polis əməkdaşı yerindəcə şəhid olub. Daha bir polis yaralanıb. 

Özgür B. adlı şəxs və daha bir nəfər həbs edilib. 

Hadisə araşdırılır. 

Ağarza Elçinoğlu