Türkiyənin Kocaeli şəhərinin Körfez rayonunda mübahisə güllələnmə ilə nəticələnib. 

"Unikal" xəbər verir ki, ramazan davulçusu mübahisə etdiyi Mətin adlı bələdiyyə sədrini güllələyib. O, xəstəxanaya çatdırılıb. 

Məlumata görə, mübahisə Ramazan ayında məhəllədə davul çalmağa icazə məsələsi üstündə baş verib. 

Polis hadisəni törədən Səməd Ş. adlı şəxsi axtarır. 

Ağarza Elçinoğlu